Vergilər naziri 4 rayonun sakinləri ilə görüşüb
Bizi izləyin

Qırmızı.az

Vergilər naziri 4 rayonun sakinləri ilə görüşüb

Bu gün vergilər naziri Fazil Məmmədov Göyçay şəhərindəki 9 saylı Ərazi Vergilər İdarəsində Göyçay, Ağdaş, Ucar və Kürdəmir rayonlarından olan 40-dan çox vətəndaşı qəbul edib.


Publika.az xəbər verir ki, nazirliyin idarə və departament, həmçinin digər struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda vətəndaşların müraciətləri əsasən vergilərin hesablanması və ödənilməsi, nəzarət-kassa aparatlarının tətbiqi, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, kiçik sahibkarlığa güzəştli kreditlərin verilməsi, vergi orqanlarına işə qəbul və digər məsələlərlə bağlı olub.

Nazir Fazil Məmmədov hər bir vətəndaşın müraciətini dinləyib və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun surətdə həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib. Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, nazirliyin səlahiyyətinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm