Kəmaləddin Heydərov Lerikdə – FOTO
Bizi izləyin

Qırmızı.az

Kəmaləddin Heydərov Lerikdə – FOTO

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov mayın 30-da Lerik rayon mədəniyyət evində bölgə vətəndaşlarını qəbul edib.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov mayın 30-da Lerik rayon mədəniyyət evində bölgə vətəndaşlarını qəbul edib.

Publika.az FHN-in saytına istinadən xəbər verir ki, qəbulda Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının sakinləri ilə yanaşı, həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Nazirliyin müvafiq struktur rəhbərlərinin, rayonların fövqəladə hallar komissiyaları sədrlərinin iştirakı ilə keçirilən qəbul zamanı edilən müraciətlərin əksəriyyəti işə qəbul, qəzalı vəziyyətdəki evlərin təmiri və digər məsələlərlə bağlı olub.

Hər bir müraciətə diqqətlə yanaşan nazir Kəmaləddin Heydərov vətəndaşların qaldırdıqları məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün əlaqədar qurumların rəhbərlərinə müvafiq göstərişlər verib.

Gün ərzində nazir, nazir müavinləri və struktur rəhbərləri tərəfindən 357 vətəndaşın müraciəti dinlənilib, onların bir qismi yerindəcə öz həllini tapıb.

Nazir Kəmaləddin Heydərov vətəndaşların bütün müraciətlərinin obyektiv araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun və dərhal həll olunması barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm