Azərbaycanda Misir Mədəniyyət Günləri keçiriləcək
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda Misir Mədəniyyət Günləri keçiriləcək

2014-cü il iyun ayının 1-dən iyun ayının 7-dək Azərbaycanda Misir Ərəb Respublikasının Mədəniyyət Günləri keçiriləcək.

2014-cü il iyun ayının 1-dən iyun ayının 7-dək Azərbaycanda Misir Ərəb Respublikasının Mədəniyyət Günləri keçiriləcək.

Publika.az Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, Mədəniyyət Günləri çərçivəsində Milli Kitabxanada beynəlxalq simpozium, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında təntənəli konsert proqramının təqdimatı, "İsmailiyyə" folklor ansamblının konsertləri və rəsm, dekorativ-tətbiqi sənət və foto sərgisinin təşkili nəzərdə tutulur.

Mədəniyyət günləri Bakıətrafı bölgələrdə də davam edəcək.

Sərginin açılışı isə iyun ayının 2-də saat 16: 00-da "Qalereya 1969" Sərgi salonunda (ünvan: Bakı ş., Ü.Hacıbəyli küçəsi, 69 E) keçiriləcək. Sərgidə Misirin incəsənət xadimi Şərif Sunbul və Misirin Helvan Universitetinin rəssamlıq fakültəsinin müəllimi Ənvər Məhəmməd İbrahim Əli iştirak edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm