“AzərTac”la “Səudiyyə Press” memorandum imzaladı
Bizi izləyin

Qırmızı.az

“AzərTac”la “Səudiyyə Press” memorandum imzaladı

Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakıda keçiriləcək iclası çərçivəsində mayın 30-da AzərTAc ilə Səudiyyə Ərəbistanı Krallığının Səudiyyə Press Agentliyi (SPA) arasında informasiya mübadiləsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imz

Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakıda keçiriləcək iclası çərçivəsində mayın 30-da AzərTAc ilə Səudiyyə Ərəbistanı Krallığının Səudiyyə Press Agentliyi (SPA) arasında informasiya mübadiləsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.

Memorandumu Dünya Xəbər Agentlikləri Konqresinin sədri, SPA-nın prezidenti Abdullah bin Fəhd əl-Hüseyn və AzərTAc-ın baş direktoru Aslan Aslanov imzalamışlar.

Memorandum tərəflərin milli qanunvericiliyinə uyğun olaraq informasiya sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi məqsədi ilə hər iki agentlik arasında xəbər, fotoşəkil, təcrübə mübadiləsini, üzv olduqları beynəlxalq və regional qurumlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.

Tədbirdə Anlaşma Memorandumunun dövlətlərimiz arasında informasiya sahəsində əməkdaşlığın daha da dərinləşməsində mühüm rol oynayacağı qeyd edilmişdir.
İmzalanma mərasimindən sonra Dünya Xəbər Agentlikləri Konqresinin sədri, SPA-nın prezidenti Abdullah bin Fəhd əl-Hüseyn ilə AzərTAc-da görüş olmuşdur.

Görüşdə AzərTAc-ın baş direktoru Aslan Aslanov qonaqlara 1920-ci ildə Şərqdə ilk demokratik dövlət - Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış milli informasiya agentliyinin keçdiyi inkişaf yolu, müstəqillik illərində əldə etdiyi uğurlar və beynəlxalq əlaqələri haqqında ətraflı məlumat vermişdir.

AzərTAc-ın SPA agentliyi ilə Dünya Xəbər Agentlikləri Konqresi, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) çərçivəsində uğurla əməkdaşlıq etdiyini xatırladan baş direktor agentliklər arasında informasiya mübadiləsinin vacibliyini bildirmiş, bu baxımdan imzalanmış memorandumun əhəmiyyətini vurğulamışdır. SPA ilə bundan sonra daha geniş əməkdaşlıq ediləcəyinə və iki ölkə arasında informasiya mübadiləsi sahəsində əlaqələrin genişləndiriləcəyinə əminlik bildirilmişdir.

Səudiyyə Press Agentliyinin prezidenti Abdullah bin Fəhd əl-Hüseyn Azərbaycana səfərindən məmnunluğunu bildirmiş, Bakıda aparılan möhtəşəm quruculuq işlərinin onda böyük təəssürat doğurduğunu, imzalanmış Anlaşma Memorandumunun milli agentliklər arasında informasiya mübadiləsi işinə töhfə verəcəyini diqqətə çatdırmışdır.
Qədim tarixə malik AzərTAc ilə Anlaşma Memorandumu imzalamaqdan məmnunluğunu ifadə edən SPA-nın prezidenti agentliklər arasında informasiyanın bütün kontentləri üzrə daha fəal mübadilə aparılacağını xüsusi vurğulamışdır. O bildirmişdir ki, rəhbəri olduğu agentlik Azərbaycan haqqında xəbərləri təkcə Səudiyyə Ərəbistanında deyil, bütün ərəb dünyasında yayacaqdır. Bu işdə AzərTAc Səudiyyə Press Agentliyi üçün əsas və ən etibarlı istinad mənbəyi olacaqdır.

Agentliyimizin son illərdə qazandığı uğurlar barədə məlumatlı olduğunu vurğulayan SPA-nn prezidenti bildirmişdir ki, 2016-cı ildə AzərTAc eyni vaxtda Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına ev sahibliyi edəcəkdir. Eyni zamanda, Avropa Xəbər Agentlikləri Alyansının (EANA) növbəti iclasının da həmin vaxt Bakıda keçirilməsi nəzərdə tutulur. Beləliklə 2016-2019-cu illərdə AzərTAc Dünya Xəbər Agentlikləri Konqresinə və OANA-ya sədrlik edəcəkdir.

Bunun AzərTAc üçün həm böyük məsuliyyət və yüksək etimad olduğunu, həm də Azərbaycan həqiqətlərinin daha geniş coğrafiyada təbliği işinə töhfə verəcəyini vurğulayan Abdullah bin Fəhd əl-Hüseyn demişdir ki, ölkənizin və paytaxt Bakının beynəlxalq aləmdə nümayiş etdiriləcək çox böyük uğurları vardır. Belə mötəbər tədbirlərin Bakıda keçirilməsi yalnız protokol proseduru deyil, həmçinin dünya xəbər agentliklərinin diqqətinin Azərbaycana yönəldilməsi deməkdir.

Sonda Abdullah bin Fəhd əl-Hüseyn AzərTAc-ın kollektivi ilə görüşmüş, jurnalistlərin suallarını cavablandırmışdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm