Bakıda traktor bir ailənin üç üzvünü əzdi
Bizi izləyin

Qırmızı.az

Bakıda traktor bir ailənin üç üzvünü əzdi

Bu gün səhər saatlarında Dərnəgül şossesində ağır yol qəzası baş verib. Hadisə şahidlərinin bildirdiyinə görə, sürətlə hərəkət edən traktor idarəetməni itirərək yolun kənarında dayanan avtomobilə çırpılıb. Nəticədə avtomobilin yanında dayanan dörd nəfər ağır xəsarət alıb.

Virtualaz.org-un məlumatına görə, sakinlər bildiriblər ki, baş verən qəza bu yolda ilk hadisə deyil: "Bu, birinci hadisə deyil. Hadisələr tez-tez baş verir. Hələ burada yol tam istifadəyə verilməyib. Tam istifadə veriləndə nə olacaq? Əgər burada keçid olmayacaqsa, bu hadisələr tez-tez olacaq. Biz xahiş edirik, bu barədə müvafiq orqanlar ölçü götürsünlər. Burada tikilməli olan keçidi nə üçün aparıb "Santralın" yanına çıxardırlar?"

Hadisə nəticəsində bir ailənin üç üzvü olan 41 yaşlı Nərmin Musayeva, 48 yaşlı Zöhrab Musayev və 17 yaşlı Azər Musayev 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Xəstəxananın həkimi Ədalət Abdullayev onların vəziyyətini dəyərləndirib: "Onların birində qapalı beyin travması, baş-beyin silkələnməsi, döş qəfəsinin əzilməsi diaqnozu ilə xəstəxanaya qəbul edilib. Hazırda müayinə və müalicəsi davam edir. Digəri ayaqlarının baldır əzilməsi və çənənin sıyrılmış yarası, üçüncüsü isə sağ ayağın dördüncü daraq sınığı ilə daxil olub, gips qoyulub, ambulator müalicə üçün evə göndərilib".

Hələlik şəxsiyyəti məlum olmayan digər şəxs isə 1 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm