Adam bıçaqlayan məzun qız "son zəng"də həbs edildi - YENİLƏNİB
Bizi izləyin

Qırmızı.az

Adam bıçaqlayan məzun qız "son zəng"də həbs edildi - YENİLƏNİB

Dünən Bakının Yasamal rayonunda həmyerlisi Məryəm Hüseynovanı bıçaqlamış Aytən Abbasova məzun imiş.

Dünən Bakının Yasamal rayonunda həmyerlisi Məryəm Hüseynovanı bıçaqlamış Aytən Abbasova məzun imiş.

17 yaşlı Aytən hadisəni "son zəng" tədbirindən sona törədibmiş. /Ans/


YENİLƏNMƏ

Ötən gün Bakının Yasamal rayonu ərazisindən qadınlar arasında dava cinayətlə yekunlaşıb.

Publika.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı şəhər sakini Məryəm Hüseynova həmyerlisi Aytən Abbasova ilə dava edib. İki qadının davası sonradan əlbəyaxaya çevrilib.

Dava zamanı Aytən Abbasova Məryəm Hüseynova bir neçə bıçaq zərbəsi vurub. Daha sonra Məryəm Hüseynova hadisə yerindən qaçıb.

Ağır yaralanan Məryəm Hüseynova xəstəxanaya yerləşdirilib.

Yasamal rayon Polis İdarəsi 27-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Aytən Abbasova tutulub.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm