Xüsusi istedadlı uşaqların məktəbə qəbulu nə vaxtdır?
Bizi izləyin

Qırmızı.az

Xüsusi istedadlı uşaqların məktəbə qəbulu nə vaxtdır?

Xüsusi istedada malik uşaqların birinci sinfə qəbulu ilə bağlı ərizə qəbulu iyulun 20-dən avqustun 20-dək davam edəcək.

Publika.az-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin QHT və KİV-lə iş üzrə sektor müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, həmin şagirdlərin seçilməsi və müvafiq qərar qəbul edilməsi aidiyyatı üzrə rayon (şəhər) təhsil şöbələrində və Nazirliyin tabeliyindəki ümumi təhsil müəssisələrində yaradılmış komissiyalar tərəfindən aparılır.

Sektor müdiri deyib ki, “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl birinci sinfə qəbulu Qaydaları"na əsasən, birinci sinfə vaxtından əvvəl qəbul hər il 6 yaşı 16 sentyabr-31 dekabr tarixlərdə tamam olan xüsusi istedadlı şagirdlərə şamil edilir.

C.Valehov “SABAH” qruplarına ərizə qəbuluna da aydınlıq gətirib. Bildirib ki, ərizə qəbulu iyunun 12-də başa çatacaq.

"Ona görə də abituriyentlərə deyirik ki, bu qruplarda təhsil almaq istəyənlər müəyyən edilmiş vaxta qədər müraciət etməlidirlər. Bu vaxta qədər 1568 tələbə elektron qeydiyyatdan keçib".

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm