Bakıdakı davada tapançadan atəş açan şəxs tutuldu
Bizi izləyin

Qırmızı.az

Bakıdakı davada tapançadan atəş açan şəxs tutuldu

Bakıda tapançadan atəş açan şəxs saxlanılıb.


Publika.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 30-da Nərimanov rayonu ərazisində bir qrup şəxslə birlikdə xuliqanlıq hərəkətləri törədərək, tapançadan atəş açan Füzuli rayon sakini Vüsal Azadov tutulub. Ondan nömrəsiz “Makarov” markalı tapança götürülüb.


Qeyd edək ki, hadisə mayın 30-da Nərimanov rayonu “Çermet” qəsəbəsi ərazisində, 93 saylı orta məktəbin qarşısında baş verib. “BMW X6” markalı avtomobilin sürücüsü yolda avtoxuliqanlıq edib. Buna etiraz edən qəsəbə sakinləri ilə avtomobildəki sərnişinlər arasında əlbəyaxa dava düşüb. Dava zamanı havaya tapançadan atəş açılıb.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm