Dovğa qabından narkotik çıxdı - FOTO
Bizi izləyin

Qırmızı.az

Dovğa qabından narkotik çıxdı - FOTO

Həbsxanaya "həşiş qətranı" və mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb.

Həbsxanaya "həşiş qətranı" və mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb.

Publika.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Belə ki, Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbiri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən, Cinayət Məcəlləsinin 29,120.1; 67.1; 179.3.2; 128; 177.2.4 və 185.1 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Ceyhun Ağagül oğlu Məmmədova vətəndaş Rizvan Nizami oğlu Ramazanovun gətirdiyi sovqata baxış keçirilən zaman plastik smetan qabının içərisindən 1 ədəd mobil telefon ekranı və plastik dovğa qabının icərisindən xalis çəkisi 2.03 qram narkotik vasitə - “həşiş qətranı” aşkar edilərək götürülüb.

Həmçinin, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər axtarış-baxış tədbiri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4; 29,120.2.4; 120.2.7 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Orxan Gəncəvi oğlu Kərimovun üzərinə baxış keçirilən zaman əynindəki köynəyin cibindən 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür.

Faktlar üzrə araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm