Sabah hava necə olacaq?
Bizi izləyin

Qırmızı.az

Sabah hava necə olacaq?

Azərbaycanda mülayim hava şəraiti davam edəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a bildiriblər ki, iyunun 6-da Bakı və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti hökm sürəcək, əsasən, yağmursuz olacaq, cənub-şərq küləyi əsəcək.

Bakı və Abşeron yarımadasında iyunun 6-da havanın temperaturu 16-21, gündüz 27-32 dərəcə isti olacaq.


Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz olacaq, lakin bəzi dağlıq ərazilərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq, şərq küləyi əsəcək.


Aran rayonlarında gecə 16-21, gündüz 28-33 dərəcə, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm