Qırmızı.az
Kəmaləddin Heydərov Bəşir Atalaya medal verdi (FOTO)
Türkiyə baş nazirinin müavini Bəşir Atalay Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən təltif edilib.
Publika.az-ın məlumatına görə, baş nazir müavininə
"Xidmət Medalı"nı Qəbələdə keçirilən Fəlakət riskinin idarə
olunması üzrə VII Beynəlxalq konfrans çərçivəsində Azərbaycan
fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov
təqdim edib.
Nazir Kəmaləddin Heydərov qeyd edib ki, iki qardaş ölkə –Türkiyə və
Azərbaycan beynəlxalq platformalarda uğurlu əməkdaşlıq edirlər.
Bütün sahələrdə olduğu kimi, fövqəladə halların qarşısının alınması
və nəticələrinin aradan qaldırılması sahəsində də əlaqələr ən
yüksək səviyyədədir.
Qonaqpərvərliyə görə təşəkkürünü bildirən Türkiyə baş nazirinin
müavini yüksək səviyyədə keçirilən beynəlxalq konfransın böyük
əhəmiyyətini qeyd edib, qardaş Azərbaycanın dilbər guşələrindən
biri olan Qəbələdə aparılan quruculuq işlərindən məmnunluğunu ifadə
edib.
Bəşir Atalay vurğulayıb ki, Türkiyənin Van şəhərində baş vermiş
zəlzələ zamanı da ilk yardıma yetişən ölkə Azərbaycan olub. O,
ümidvar olduğunu bildirib ki, iqtisadi və sosial sahələrdə inamla
irəliləyən və qüdrətli dövlətə çevrilən Azərbaycan ilə Türkiyə
birlikdə daha böyük nailiyyətlər əldə edəcək, fövqəladə halların
qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində
təcrübə mübadiləsi daha da genişlənəcək.
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin18 May 19:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı