Daha bir tədris mərkəzinə lisenziya verildi
Bizi izləyin

Qırmızı.az

Daha bir tədris mərkəzinə lisenziya verildi

Təhsil Nazirliyi "Bakıeletrikşəbəkə" ASC-nin müraciəti əsasında bu qurumun Tədris Mərkəzinə ixtisasartırma, stajkeçmə və kadrların təkmilləşdirilməsi istiqamətləri üzrə əlavə təhsil fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya verib.


Publika.az xəbər verir ki, adıçəkilən lisenziyanı bu gün təhsil naziri Mikayıl Cabbarov "Bakıeletrikşəbəkə" ASC-nin İdarə Heyətinin sədri Baba Rzayevə "Eleketroenergetikada kadr problemləri – Gələcəyə baxış" adlı konfransının açılışında təqdim edib.


Bildirilib ki, "Bakıeletrikşəbəkə" ASC-nin 2012-ci ildə yaradılmış Tədris Mərkəzində elektroenergetika sahəsi üçün yüksək ixtisaslı mütəxəssislər hazırlanır və Səhmdar Cəmiyyətdə çalışan əməkdaşların peşə hazırlığı artırılır. Bu günədək Mərkəzdə 2500-ə yaxın şəxs müxtəlif ixtisasartırma kurslarında iştirak edib.


Təhsil Nazirliyi tərəfindən təqdim edilən lisenziya isə bundan sonra Mərkəzin məzunlarına təqdim ediləcək diplomların bütün respublika üzrə tanınmasına imkan verəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm