Zəlzələdən sonra "afterşoklar" gözlənilir (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Zəlzələdən sonra "afterşoklar" gözlənilir (YENİLƏNİB)

Bu zəlzələdən sonra afterşoklar olacaq. Bunu Publika.az-a Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

“Bu zəlzələ güclü hesab edilir. Zəlzələnin maqnitudası 5.6 baldır, bundan sonra avtoşokların olması gözləniləndir. Afterşoklar bundan güclü olmayacaq”.

Q.Yetirmişli bildirib ki, zəlzələ Bakının Xəzəryanı əraziləri Nardaran, Qala, Türkan kəndlərində hiss olunub. Onun sözlərinə görə, zəlzələ 31 kilometr dərinlikdə baş verdiyi üçün dağıntıların olması mümkünsüzdür.

Gülxar

11:24

Bu gün Xəzərin Azərbaycan sektorunda zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, bu gün yerli vaxtla 11:05-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunub. 5,4 maqnitudalı zəlzələ 84 km dərinlikdə qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm