Bakıda yeni yol ötürücüsü istifadəyə verildi
Bizi izləyin

Qırmızı.az

Bakıda yeni yol ötürücüsü istifadəyə verildi

Ziya Bünyadov prospektinin Alı Mustafayev, Hüseynbala Əliyev və Əbdülvahab Salamzadə küçələri ilə kəsişməsində yerləşən müxtəlif səviyyəli yol qovşağı kompleksinə daxil olan tunel tipli yol ötürücüsü bu gün səhər saatlarından sürücülərin istifadəsinə verilib.

Bunu Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.


Onun sözlərinə görə, yan yolun asfaltlanması ilə əlaqədar tunel tipli yol ötürücüsü müvəqqəti açılıb.


P.Mürsəliyev qeyd edib ki, uzunluğu 450 metr, eni 10,5 metr olan iki hərəkət zolaqlı tunel tipli yol ötürücüsü Ə.Salamzadə küçəsindən Z.Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsi istiqamətinə nəqliyyatın fasiləsiz və maneəsiz hərəkətini təmin edir.


Qeyd edək ki, Xutor dairəsindəki yol qovşağı kompleksində son tamamlanma işlərinin iyun-iyul aylarında başa çatdırılması planlaşdırılır.


Kompleksə 3 tünel və yol ötürücüsü daxildir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm