"Vyetnam Azərbaycanla əlaqələrə böyük önəm verir"
Bizi izləyin

Qırmızı.az

"Vyetnam Azərbaycanla əlaqələrə böyük önəm verir"

Vyetnamın vitse-prezidenti : "Vyetnam Azərbaycanla əlaqələrə böyük önəm verir"

Millət vəkili Qənirə Paşayeva Vyetnamın vitse-prezidenti Nguyen Thi Doan ilə görüşüb.

Parisdə keçirilən Ümumdünya Qadın Sammiti çərçivəsində millət vəkili Qənirə Paşayeva çərçivəsində Vyetnamın vitse-prezidenti xanım Nguyen Thi Doan və onun rəhbərlik etdiyi heyətinin üzvləri ilə görüşüb. Dünya Qadım Sammiti çərçivəsində xanım Nguyen Thi Doanla təkrar görüşməkdən məmnunluğunu bildirən Qənirə Paşayeva ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsi və bu istiqamətdə Azərbaycan prezidenti İlham Əliyevin Vyetnama yüksək səviyyəli səfərini xüsusi qeyd edib. Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Vyetnama yüksək səviyyəli səfəri, bu səfərin Azərbaycan-Vyetnam münasibətlərinin inkişafında önəmi xüsusi vuğulanıb və vitse-prezident Nguyen Thi Doan Azərbaycanla əməkdaşlığın genişlənməsinə böyük önəm verdiklərini deyib.

Millət vəkili Vyetnamın vitse-prezidenti Nguyen Thi Doan və onun rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycanla bağlı, xüsusilə də Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib. Millət vəkili Qənirə Paşayeva sammit çərçivəsində keçirilən görüş zamanı Veytnam nümayəndə heyəti üzvlərinə 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar.

Millət vəkili Qənirə Paşayeva Vyetnamın vitse-prezidenti xanım Nguyen Thi Doana Azərbaycan həqiqətlərini, ermənilərin dinc azərbaycanlılara qarşı 20-ci əsrin əvvələrində və sonlarında törətdiyi soyqırımları, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini özündə əks etdriən “Azərbaycan Həqiqətləri” filmləri kataloqunu və materialları təqdim edib.

Millət vəkili nümayəndə heyətinə həmçinin Azərbaycan mədəniyyətinə aid kitablar, sənədli filmlər də təqdim edib. Millət vəkili Qənirə Paşayeva Vyetnamın vitse-prezidenti xanım Vyetnamın vitse-prezidenti xanım Nguyen Thi Doanı və Veytnam nümayəndə heyəti üzvlərini hər zaman Azərbaycanda görməkdən məmnunluq duyacaqlarını deyib və onları Azərbaycana dəvət edib. Vyetnam nümayəndə heyəti böyük məmnuniyyətlə Azərbaycanı görmək istədklərini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm