Asiya İnkişaf Bankının nümayəndələri Gəncədə olub
Bizi izləyin

Qırmızı.az

Asiya İnkişaf Bankının nümayəndələri Gəncədə olub

Bu gün Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Lanqın rəhbərlik etdiyi nümayəndə heyəti Gəncədə olub və şəhərin İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb. Qeyd edək ki, Asiya İnkişaf Bankı verdiyi kreditlər hesabına Azərbaycanda nəqliyyat

Bu gün Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Lanqın rəhbərlik etdiyi nümayəndə heyəti Gəncədə olub və şəhərin İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb. Qeyd edək ki, Asiya İnkişaf Bankı verdiyi kreditlər hesabına Azərbaycanda nəqliyyat, energetika, su-kanalizasiya və digər infrastruktur layihələri maliyyələşdirir. Nümayəndə heyətinin rəhbəri yol-nəqliyyat məsələləri ilə bağlı Gəncədə həyata keçirilən layihələrin nəticələri ilə maraqlandığını bildirib.

Şəhər İcra Hakimiyyətinin başçısı Asiya İnkişaf Bankının kreditləri hesabına Gəncədə həyata keçirilən layihələrin nəticələri barədə ətraflı məlumat verib, gələcəkdə əməkdaşlıq əlaqələrinin davam etməsi, daha da genişləndirilməsi barədə dəyərli təkliflərini irəli sürüb və Asiya İnkişaf Bankının Gəncənin sosial-iqtisadi inkişafına yaxından kömək göstərdiyinə görə nümayəndə heyətinə minnətdarlıq edib.

Nümayəndə heyətinin rəhbəri Gəncənin respublikada çox inkişaf etmiş və önəmli bir şəhər olduğunu, magistral yollarla bərabər ikinci dərəcəli yolların çəkilişinə də diqqət göstərdiklərini vurğulayıb.

Asiya İnkişaf Bankının nümayəndə heyətinin rəhbərinə Nizami Gəncəvinin portreti olan xalça, dahi şairin əsərləri, şəhərin görkəmli yerlərini əks etdirən foto-albom və suvenirlər hədiyyə edilib.

Sonda şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Lanq KİV Nümayəndələri tərəfindən verilən sualları cavablandırıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm