Kiyevə gedən sərnişinlər niyə London təyyarəsinə mindirilib?
Bizi izləyin

Qırmızı.az

Kiyevə gedən sərnişinlər niyə London təyyarəsinə mindirilib?

“Politoloq Elxan Şahinoğlu və Kiyevə getməli olan sərnişinlərin yanlış təyyarəyə mindirilməsi yalan məlumatdır. Belə hadisə baş verməyib”. Bu barədə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) xidmət rəisi Məhərrəm Səfərli Publika.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, sadəcə dispetçer tərəfindən çıxış qapısı yanlış göstərilib:

“Kiyevə minik 3-cü qapıdan başlayır. Sərnişinlər təyyarəyə minməyiblər, sadəcə qapı səhv olub. Bir neçə sərnişin qırmızı lentə qədər gedib, sonra geri qaytarılıblar. Mülki aviasiyada bu adi səhvdir”.

Xidmət rəisi məsələnin araşdırılacağını, hansı dispetçerin səhvi nəticəsində baş verdiyinin müəyyən ediləcəyini deyib:

“Hazırda bununla bağlı xidməti araşdırma aparılır. Daha sonra həmin dipetçerə müəyyən cəza veriləcək. “AZAL” da yanlışlığa yol verən əməkdaşlar töhmət, şiddətli töhmət verilir, ən son məqamda isə işdən azad edilmədir”.

Xatırladaq ki, politoloq Elxan Şahinoğlu ötən gün Kiyevə gedən sərnişinlərin yanlış olaraq Londona gedən təyyarəyə mindirildiyi barədə yazıb. Onun sözlərinə görə, sərnişinlər təyyarəyə minəndən sonra onlara Bakı-London təyyarəsinə mindikləri deyilib. Daha sonra Kiyevə gedən təyyarəyə mindiriliblər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm