Xaçmazda yaşayış evi yandı - VİDEO
Bizi izləyin

Qırmızı.az

Xaçmazda yaşayış evi yandı - VİDEO

Xaçmazda Çingiz Mustafayevə məxsus evdə yanğın hadisəsi baş verib.

Xaçmazda Çingiz Mustafayevə məxsus evdə yanğın hadisəsi baş verib.

Hadisə şəhərin Dədə Qorqud küçəsi, ev 36 ünvanında qeydə alınıb. Hadisə zamanı rayon sakini 39 yaşlı Çingiz Mustafayevə məxsus bir mərtəbəli, 5 otaqlı mənzil qisa bir zaman ərzində yanaraq külə dönüb.

Alov evin bütün otaqlarına yayılıb və mənzildə olan əşyaların hamısı yararsız hala düşüb. Hadisə baş verən zaman evdə bir nəfər olub. O, yanğın barədə qonşulara məlumat verib.

Bundan sonra hadisə yerinə 2 yanğınsöndürən maşını cəlb olunub. Qısa bir zamanda görülən tədbirlər nəticəsində qarşısını almaq mümkün olub.

Yanğının elektrik naqillərindəki qisaqapanmadan yarandığı bildirilir.

Hazırda faktla bağlı araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm