Müəllimlərin imtahanı başladı
Bizi izləyin

Qırmızı.az

Müəllimlərin imtahanı başladı

Bu gündən Bakıda çalışan müəllimlərin sınaq qiymətləndirilməsinə başlanıb.

Publika.az-ın məlumatına görə, qiymətləndirilmə 4 gün ərzində (10-13 iyun) aparılacaq.

İlkin olaraq bu gün rus dili və ədəbiyyat (rus bölməsində), ibtidai sinif, təsviri incəsənət və rəsmxətt müəllimlərinin biliyi yoxlanılacaq. İyunun 11-də riyaziyyat, Azərbaycan dili və ədəbiyyat (rus bölməsində Azərbaycan dili daxil olmaqla), iyunun 12-də ingilis dili, informatika, tarix, gənclərin çağırışaqədərki hazırlığı, biologiya, iyunun 13-də isə fizika, kimya, musiqi, fransız dili, fiziki tərbiyə, əmək hazırlığı, alman dili, rus dili (Azərbaycan bölməsində) müəllimlərinin bilikləri sınanacaq. İmtahanların keçirilməsi üçün paytaxtda müəllim sayına uyğun olaraq 30 mərkəz seçilib.

İmtahanlar ikinövbəli olacaq. Birinci növbə 10:00 -dan 12:30-dək, ikinci növbə15:00 -dan 17:30-dək keçiriləcək.

Qiymətləndirilmə təhsil naziri Mikayıl Cabbarovun əmri ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın icrası istiqamətində ümumi təhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə keçirilir. Beləliklə, 4 gün ərzində Bakı şəhərinin bütün dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi aparılacaq.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm