Qasırğa ilə bağlı müvafiq qurumlara xəbərdarlıq olunubmuş
Bizi izləyin

Qırmızı.az

Qasırğa ilə bağlı müvafiq qurumlara xəbərdarlıq olunubmuş

Respublika ərazisində iyunun 14-dək hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir. Xüsusən də dağlıq və dağətəyi rayonlarda leysan xarakterli yağış yağacağı, bəzi ərazilərdə intensivləşəcəyi gözlənilir. Bəzi ərazilərdə dolu düşəcəyi ehtimalı var.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında bu proses daha çox ayın 13-də hiss ediləcək, küləyin sürəti güclənəcək. Güclü şimal-qərb küləyinin əsməsi nəticəsində ötən günlərlə müqayisədə havanın temperaturu 5-7 dərəcəyə qədər aşağı enəcək. Ötən günlərdə günorta saatlarında temperatur 32-34 dərəcə idisə, ayın 13-də həmin saatlarda paytaxtda temperatur 22-26 dərəcə olacaq.

U. Tağıyeva bildirib ki, Qərb bölgəsində, xüsusən Gəncədə müşahidə olunan leysan və dolu barədə əvvəldən müvafiq qurumlara xəbərdarlıq edilmişdi. Növbəti xəbərdarlıq iyunun 10-da edilmişdi, həmin məlumatda da hava şəraiti barədə məlumat verilib.

.

U.Tağıyeva bu cür hava şəraitinin gözlənilən olduğunu deyib. Onun sözlərinə görə, yay fəslində belə hava şəraitinin müşahidə olunması iqlim dəyişikliyi səbəbindəndir.

“Bu dəyişikliyə əsasən, anomal hava şəraitinin təkrarlanmasında müsbət tendensiya müşahidə edilir. ona görə də, anomal hava şəraiti tez-tez təkrarlanır. Ötən əsrin 60-90-cı illərində bu gün üçün iqlim norma göstəriciləri hesablanıb. 90-cı illərdən sonra dünyada müşahidə olunan anomal hava şəraiti bizdə də müşahidə edilir. Bu il may ayında da oxşar hava şəraiti müşahidə edilmişdi”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm