Bakıda fabrikdə partlayış: 4 nəfər yandı
Bizi izləyin

Qırmızı.az

Bakıda fabrikdə partlayış: 4 nəfər yandı

Nizami rayonunda "Ocaq" ASC-yə məxsus mebel fabrikinin ərazisində yerləşən ümumi tutumu 50 kub.m olan taxta yonqarı bunkerində yanğınla nəticələnən partlayış baş verib.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın nəticəsində bunkerin içərisində və altına yığılmış taxta yonqarı, taxta məmulatları 25 kv.m sahədə yanıb.

Partlayış zamanı şəxsiyyətləri məlum olmayan 4 nəfər fəhlə müxtəlif dərəcəli xəsarətlərlə yanğın bölmələri hadisə yerinə çatana kimi işcilər tərəfindən Yanıq Mərkəzinə və 1 saylı Mərkəzi Klinik xəstəxanasına çatdırılıblar.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm