Sabirabadda uşaq ölümü ilə bağlı həkim danışdı (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Sabirabadda uşaq ölümü ilə bağlı həkim danışdı (YENİLƏNİB)

Gülbəniz Məhərəmovanın uşağının ölümünə səbəb kəskin ürək çatışmazlığı olub. Uşağın çəkisi 2 kilo 900 qram olub, dünyaya gələrkən də onun ürək döyüntüləri zəif olub.

Bu sözləri Publika.az-a açıqlamasında Sabirabad rayon Mərkəzi Xəstəxanasının həkimi Rəna Rəsulova deyib.

“Gülbəniz Məhərrəmova hamiləliyin 7 ayına qədər Bakıda müalicə edilib. Doğuşu planlaşdırmaq məqsədilə bizim xəstəxanaya müraciət edilib, qeydiyyata alınıb. Xəstənin sözlərinə görə, ötən gün USM-dən keçib və ona suyun çox az olduğunu deyiblər. Bakıdakı həkimləri ilə əlaqə saxlayıblar, həkim natrium xlorid köçürülməsini məsləhət görüb. Gecə saatlarında ağrılar başlayıb, bədənin mayesi axıb, tam açılışla xəstəxanaya gətiriblər. Növbətçi həkim Badam Fərzəliyeva xəstəni qəbul edib. Yarım saat ərzində uşaq doğulub".

Onun sözlərinə görə, uşaq doğularkən ürək döyüntülərinin sayı azalıb. Doğuş zamanı da uşağın ürək döyüntüləri az olub.

"Bizə suyun azalması ilə bağlı vaxtında müraciət edilsəydi, qeysəriyyə yolu ilə götürülərdi. Bu gün isə artıq gec olub”.

Gülxar

17:38

Azərbaycanda doğuş zamanı daha bir faciə baş verib.

Sabirabad sakini Gülbəniz Məhərrəmova bu gün səhər saatlarında doğuş üçün rayon mərkəzi xəstəxanasına aparılıb. Həkim səhlənkarlığı üzündən doğuş zamanı uşaq boğularaq ölüb.

Bu haqda musavat.com-a G.Məhərrəmovanın yaxınları məlumat veriblər.

Onlar deyiblər ki, ananın hamiləlik dövründə həkimi Rəna, doğuş həkimi isə Badam olub (onların soyadlarını dəqiqləşdirə bilmədik-red).

G.Məhərmməovanın yaxınları deyib ki, ananın əslində qeysəriyyə əməliyyatına ehtiyacı olub. Lakin həkimlər bundan imtina ediblər, nəticədə körpə doğuş zamanı boğularaq ölüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm