Gəncə yeni qasırğaya hazırlaşır
Bizi izləyin

Qırmızı.az

Gəncə yeni qasırğaya hazırlaşır

Fövqəladə hallar nazirinin müavini Orucəlu Hacıyev iyunun 10-da baş verən təbii fəlakətlə əlaqədar Gəncə şəhərində olub. Nazir müavini İcra Hakimiyyətinin nümayəndələri ilə birlikdə zərərçəkmiş sakinlərlə görüşüb, onların problemlərini dinləyib. Bu barədə Publika.az-a Gəncə şəhər İcra Hakimiyyətindən məlumat verilib.

“Nazir müavini də dəymiş zərərin hesablanması və bununla bağlı nazirliyə məlumat verilməsi barədə tapşırıqlar verib. O dəymiş zərərin dövlət tərəfindən ödəniləcəyini deyib”.

İcra hakimiyyətindən bildirilib ki, qısa müddət ərzində dəymiş ziyan aradan qaldırılacaq.

“Zərər çəkmiş ailələrin şikayətləri üzrə aktlaşdırma aparılıb, dəymiş zərərin miqdarı bir neçə günə dəqiq müəyyənləşəcək. 200-dən artıq fərdi mənzillərə zərər dəyməsi barədə məlumat var, amma yenə də müraciətlər olur. Dam örtüyü daha çox zərər çəkmiş evlər və inzibati binalarda bu gündən işlər başlanacaq”.

İcra Hakimiyyətindən bildirilib ki, yenidən hava şəraitinin kəskinləşməsi zamanı eyni halın yaşanmaması üçün Fövqəladə Hallar Komissiyası tərəfindən mobil qruplar yaradılıb. Onlar baş verəcək fövqəladə halların qarşısını vaxtında almaq üçün hazır vəziyyətdədir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm