Xaçmaz sakini özünü bıçaqladı
Bizi izləyin

Qırmızı.az

Xaçmaz sakini özünü bıçaqladı

Xaçmaz rayonunda bədbəxt hadisə baş verib.

Xaçmaz rayon polis şöbəsinin növbətçi rəisi Fikrət Xurşudovun Publika.az-a verdiyi məlumata görə, hadisə rayonun Qobuqırağı kəndində qeydə alınıb.

Kənd sakini 38 yaşlı Seyidəliyev Sevindik Vaqif oğlu bıçaq xəsarətləri ilə evinin yaxınlığında tapılıb. Yaralı dərhal Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Xəstənin vəziyyətinin orta ağır olduğu bildirilir.

S.Seyidəlievin bildirdiyinə görə, o, özü-özünə xəsarət yetirib. Hadisənin dəqiq başvermə səbəbləri araşdırılır.

Faktla bağlı araşdırma aparılır.

Səid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm