Qırmızı.az
Şeyx İraqda yaşananlara münasibət bildirdi - VİDEO
Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə "İraq Şam İslam Dövləti" silahlı qruplaşmasının İraqda apardığı qanlı zorakılıqlara münasibət bildirib.
ANS TV-nin məlumatına görə, Şeyx vurğulayıb ki, qruplaşma din
uğrunda döyüşmür, onlar siyasət girovlarıdır:
“Hər hansı müsəlman, özünə müsəlman deyərək bir qardaşının və
insanın qanını tökürsə, bu adam kafirdir. Bu gün dünyada din
pərdəsi altında törədilən zorakılıq üstünlük təşkil edir. Hazırda
Suriyada, İraqda, Kərkükdə, Mosulda öldürülən insanlar haqsız yerə
qətlə yetirilir. Təbii ki, buna görə Allah onların cəzasını
verəcək”.
Qeyd edək ki, İraqda yaranmış vəziyyətlə əlaqədar Azərbaycan Xarici
İşlər Nazirliyi ölkə vətəndaşlarını İraqa getməməyi məsləhət
görüb.
Xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman
Abdullayev hazırda İraqda ölkə vətəndaşlarının olub-olmadığını
araşdırdıqlarını da bildirib.
Xatırladaq ki, terrorçu qruplaşma adlandırılan İŞİD bir neçə İraq
şəhərini nəzarəti altına alıb. Terrorçu qruplaşma şiə təriqətindən
olan müsəlmanlara qarşı amansız olacağını bəyan edib.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan