NATO rəsmisi Bakıda
Bizi izləyin

Qırmızı.az

NATO rəsmisi Bakıda

NATO Parlament Assambleyasının (PA) prezidenti Hu Beylin ötən gecə Azərbaycana gəlib.

Publika.az-ın məlumatına görə, səfərdə məqsəd Bakıda keçiriləcək NATO PA-nın 86-cı Rouz-Rout seminarında iştirak etməkdir. Səfər çərçivəsində H.Beylinin Azərbaycanın rəhbər şəxsləri ilə görüşü də nəzərdə tutulub.

***

Bu gün Bakıda NATO Parlament Assambleyasının 86-cı “Rouz-Rout” seminarı başlayıb. Hu Beyli ilə yanaşı , 28 üzv ölkənin, eyni zamanda tərəfdaş ölkələrin nümayəndələri iştirak edir.

Tədbirə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Milli Məclis sədrinin birinci müavini, Azərbaycanın NATO PA-da nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov və deputatlar da qatılıb.

Üç gün davam edəcək seminarda regionda baş verən proseslər müzakirə olunacaq.

Seminarda Ermənistan parlamentinin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Koryun Naqapetyan və nümayəndə heyətinin üzvü Tevan Poqosyan da iştirak edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm