Arvadının başını kəsən ər saxlanıldı
Bizi izləyin

Qırmızı.az

Arvadının başını kəsən ər saxlanıldı

İyunun 13-də Gədəbəy rayonunda işlədiyi gözəllik salonunda Fəxriyyə Aslanovanın başını kəsərək qətlə yetirən Elçin Qasımov saxlanılıb.

Gədəbəy rayon prokurorluğunun müstəntiqi Emin Abbasovun Publika.az-a verdiyi məlumata görə, E.Qasımov Daskəsən rayonunda Quşçu kəndində yaxalanıb.

E.Abbasov bildirib ki, tərəflər 2013-cü ildə ayrılıblar. Hadisə günü E.Qasımov F. Aslanovanın işlədiyi yerə gəlib barışmaq istədiyini bildirib. Lakin F. Aslanova razılaşmadığına görə aralarında münaqişə yaranıb və nəticədə hadisə baş verib.

Daha sonra o, Dakəsən rayonunda Quşçu kəndində gizlənib. Dayısının polisə verdiyi məlumata əsasən, E.Qasımov ötən gün 17:00 radələrində yaxalanıb.

Müstəntiqin sözlərinə görə, artıq hadisə ilə bağlı qəsdən adamöldürmə (120.1) maddəsi ilə cinayət işi açılıb, istintaq davam edir.

Xatırladaq ki, iyunun 13-də rayonun Slavyanka kənd sakini, 1981-ci il təvəllüdlü Qasımov Elçin Fəxrəddin oğlu keçmiş həyat yoldaşı, 1986-cı il təvəllüdlü Fəxriyyə Firudin qızı Aslanovanın başını kəsərək qətlə yetirib.

Qeyd edək ki, adı çəkilən şəxslər ötən il boşanıblar, onların bir azyaşlı övladı var.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm