7 nəfəri gün vurdu
Bizi izləyin

Qırmızı.az

7 nəfəri gün vurdu

Ötən gün 25 yaşlı oğlan günvurma ilə təcili yardıma müraciət edib. Ona yerindəcə yardım göstərilib, xəstəxanaya aparılmayıb. Ümumilikdə mövsüm başlayandan 7 nəfər günvurma ilə bağlı təcili yardıma müraicət edib.

Bu barədə Publika.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova məlumat verib.

Onun sözlərinə görə, günvurma ilə bağlı müraciət edənlər əsasən, kişilərdir. Onlardan 3 nəfər - 27, 35, 50 yaşlı kişi xəstəxanaya yerləşdirilib. Müraciət edənlər, əsasən, açıq havada baş örtüksüz gəzənlərdir.

Məsləhət görərdik ki, insanlar günorta saatlarında açıq havada baş örtüksüz gəzməsinlər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm