Bakıda köhnə “inturist”in eynisi tikilir-ÖZƏL
Bizi izləyin

Qırmızı.az

Bakıda köhnə “inturist”in eynisi tikilir-ÖZƏL

Bakıda köhnə “inturist”in eynisi tikilir

Bakıda tikilməkdə olan otel binası quruluşu və layihəsi ilə paytaxt sakinlərinin diqqətini cəlb edib.

Bayıl qəsəbəsi yaxınlığında, bir vaxtlar Salyan Avtovağzalı kimi tanınan obyektin ərazisində tikilən otel binası demək olar ki, köhnə “inturist”in eynisidir.

İnşaat sahəsində işləyənlər də binanın Bakının məşhur otelinin layihəsi əsasında tikildiyini etiraf ediblər. Onların sözlərinə görə, yeni otelin adı hələlik dəqiqləşməyib. Otel bu ilin sonlarınadək istifadəyə verilməlidir.

Xatırladaq ki, Azneft dairəsi yaxınlığında yerləşən köhnə “inturist”də baş verən yanğınlardan sonra binanın bir hissəsi sökülüb.

Qalan hissəsi isə fəaliyyətsiz qalıb. Daha sonra bina təmir olunsa da, köhnənin görkəmində inşa edilməyib.

Elturan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm