Zakir Həsənov Hərbi Hava Qüvvələrinin daha bir hərbi hissəsinə gedib
Bizi izləyin

Qırmızı.az

Zakir Həsənov Hərbi Hava Qüvvələrinin daha bir hərbi hissəsinə gedib

Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin daha bir hərbi hissəsinə gedib.

Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin daha bir hərbi hissəsinə gedib.

Publika.az xəbər verir ki, nazir hərbi aerodromun uçuş-enmə zolaqları, təyyarələrin döyüşə hazırlığının səviyyəsi və hərbi şəhərciyin vəziyyəti ilə tanış olub.

Z.Həsənov hərbi hissənin şəxsi heyəti ilə keçirilən görüşdə diqqəti daim peşəkarlığın artırılmasına və onun yüksək səviyyədə saxlanılmasına yönəldib. Bir qrup hərbi qulluqçuya medal və qiymətli hədiyyələr təqdim olunub.

Müdafiə naziri döyüş tapşırıqlarının daha operativ və səmərəli yerinə yetirilməsi, aviasiya və hava hücumundan müdafiə ilə bağlı planlaşdırılan tədbirlərlə əlaqədar tapşırıqlar verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm