Şəhid kapitanımız son mənzilə yola salındı - FOTO
Bizi izləyin

Qırmızı.az

Şəhid kapitanımız son mənzilə yola salındı - FOTO

Azərbaycan Milli Ordusunun şəhid zabiti, kapitan Elnur Cəfərovun cənazəsi yanvarın 24-də torpağa tapşırılıb

Azərbaycan Milli Ordusunun şəhid zabiti, kapitan Elnur Cəfərovun cənazəsi yanvarın 24-də torpağa tapşırılıb

Modern.az mərhumun qohumu, jurnalist Məhəmmədəli Qəribliyə istinadən xəbər verir ki, dəfn Naxçıvan MR-in Şərur rayonundakı Şəhidlər xiyabanında olub.

Yanvarın 23-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığındakı mövqelərindən üzbəüz mövqelərimizi atəşə tutublar.

Nəticədə Silahlı Qüvvələrimizin zabiti, 1978-ci il təvəllüdlü, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsi tərəfindən 1996-cı il tarixində hərbi xidmətə çağırılan kapitan Cəfərov Elnur Cəfər oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə kapitan Cəfərov Elnur Cəfər oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Şəhid kapitan Elnur Cəfərovun iki övladı yadigar qalıb.

Allah rəhmət eləsin!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm