Masallıda taxıl zəmiləri yanır
Bizi izləyin

Qırmızı.az

Masallıda taxıl zəmiləri yanır

Dünən və bu gün Masallı rayonununda taxıl zəmiləri yanıb.

Masallı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Yaşar Məcidovun Publika.az-a verdiyi məlumata görə, yanğın dünən saat 11 radələrində Təzə Alvadı, Ərkivan kəndlərində baş verib və ümum sahəsi 19 hektar olan ərazi yanıb.

"Yanan ərazinin 17 hektari biçilmiş ərazidir, 2 hektarı isə biçilməmiş ərazidir. Eyni zamanda, Ərkivanda dünənki yanğından sonra yenə başqa yanğın qeydə alınıb. Bu gün də rayonun Ərkivan, Kalinofka kəndlərində 11 hektar ərazi yanıb. Bizdə olan məlumata görə, yanğın baş verən ərazilər iki vətəndaşa məxsus olub. Dünən də, bu gün də yanğını xəbər tutan kimi söndürmüşük. Hələlik yanğının səbəbləri araşdırılır”.

Səid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm