Parlamentdə Leyla Yunusun cəzalandırılması istənildi
Bizi izləyin

Qırmızı.az

Parlamentdə Leyla Yunusun cəzalandırılması istənildi

Milli Məclisin növbədənkənar sessiyası öz işinə başlayıb.

Deputatlar qeydiyyatdan keçdikdən sonra gündəliyi təsdiq ediblər. Daha sonra cari məsələlərin müzakirəsinə start verilib. Deputat Fəzail Ağamalı bəyan edib ki, bu günlərdə ölkədə keçirilən NATO Parlament Assambleyasının yığıncağına diqqəti cəlb etmək istəyir: “Sessiyada cənab Ziyafət Əsgərov, eləcə də, Qüdrət Həsənquliyev, Siyavuş Novruzov Azərbaycanın dövlət maraqlarını kifayət qədər müdafiə edib. Amma ermənilərə qulluq edən Leyla Yunusun fəaliyyəti davam edir. Bunun ayrı-ayrı banklarda vəsaitləri var. Bu pulu haradan əldə edib, bu hara xidmət edir. Bunun vergisini ödəyirmi? Bu, Azərbaycan vətəndaşlarını narahat edir. Onun hüquq mühafizə orqanlarına qarşı etdiyi hərəkət də məni narahat edir. Ona bu hərəkətinə görə gözünün üstündə qaşın var deyən olmadı. Hesab edirəm ki, bununla bağlı hüquq mühafizə orqanları, vergilər nazirliyi ölçü götürməlidir”.

Spiker Oqtay Əsədov isə bildirib ki, tədbir yüksək səviyyədə keçirilib: “Xalqın gözü tərəzidir. Bu məsələnin Milli Məclisdə müzakirə edilməsi doğru deyil”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm