İŞİD-ə qoşulduğu deyilən Əlixan Musayev danışdı
Bizi izləyin

Qırmızı.az

İŞİD-ə qoşulduğu deyilən Əlixan Musayev danışdı

“Kim mənim haqqımda nə deyir, nə yazır, onların hamısına cavab verməli deyiləm. Münafiqlərə baş qoşmaq, onların səviyyəsinə enmək dinimizə görə düzgün deyil”.

Bu sözləri Axar.az-a açıqlamasında İŞİD-ə qoşulması ilə bağlı yayılan xəbərləri təkzib edən azərbaycanlı sələfilərin lideri Əlixan Musayev dedi. O vurğuladı ki, onun gördüyü işlərdən danışmırlar, amma haqqında şayiələr uydururlar:

“Mən Qurani-Kərimi Azərbaycan dilinə tərcümə etmişəm, hardasa 7 ildir bu tərcümə Azərbaycanda yayılır, minlərlə insan bunu oxuyur. Bu kitab Məkkə və Mədinə məscidlərinə qədər yayılıb. Bir dəfə də olsun bu xeyirli işlərdən danışmayanlar haqqımda şayiə yayırlar”.

Xatırladaq ki, dünən azərbaycanlı sələfilərin lideri sayılan Əlixan Musayevin İraqa döyüşə getdiyi barədə xəbər yayılıb. http://publika.az/p/25513 Ə.Musayevin telefonunun bağlı olması isə bu şübhələri artırıb. Ə.Musayev bu barədə heç bir söz deməsə də, sosial şəbəkədə onun ailəsi ilə birgə Göygöldə istirahət etdiyi deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm