Buraxılış imtahanlarının nəticələri açıqlandı
Bizi izləyin

Qırmızı.az

Buraxılış imtahanlarının nəticələri açıqlandı

İyunun 18-də Azərbaycanın orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub. Bu barədə Publika.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

Dövlət Komissiyası 18 iyun tarixində keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib. İmtahanda iştirak etmiş şagirdlər imtahan nəticələri ilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə və TQDK-nın internet saytında tanış ola bilərlər.

Buraxılış imtahanlarında 40 minə yaxın şagird iştirak edib.

Həm 9-cu, həm də 11-ci siniflərin imtahanlarının idarə edilməsi üçün ümumilikdə 156 imtahan rəhbəri, 2036 nəzarətçi-müəllim ayrılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm