Bir milyon olub, ya yox? – Gürcü deputatlar inkar edir
Bizi izləyin

Qırmızı.az

Bir milyon olub, ya yox? – Gürcü deputatlar inkar edir

Gürcüstanlı millət vəkilləri Zurab Çaparidze və İrma Nadiraşvilinin üzərindən Bakı beynəlxalq hava limanında götürülən 1 milyon dollar geri qaytarılıb.

Publika.az-ın “Qruziya Online” saytına istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan baş nazirinin müavini Kaxa Kaladze bildirib.

“Məsələ ilə əlaqədar bir çox suallar yaranır. Bizim informasiyamıza görə, "Vahid Milli Hərəkat"dan olan deputatlar həqiqətən 1 milyon dollar daşıyırdılar. Bu pulun mənşəyi bizi maraqlandırır. Digər qaranlıq bir məsələ isə onların diplomatik pasportlara malik olmasına baxmayaraq, 4 saat ərzində gömrük xidmətinin əməkdaşları tərəfindən saxlanılmasıdır”, – baş nazirin müavini deyib.

K.Kaladzenin sözlərinə görə, deputatlar onların üzərində deyilən məbləğdə pulun olmadığını iddia edirlər: “Bizdə olan informasiyaya əsasən, aeroportda yoxlamadan sonra Nadiraşvili və Çaparidze başqa reyslə sakitcə vətənə qayıdıb. Onların pulu da geri qaytarılıb. Onların Azərbaycanda kimlərlə görüşdüyü hələlik bizə məlum deyil. Azərbaycan gömrük xidməti, həmçinin Gürcüstanın bu ölkədəki səfiri təsdiq edirlər ki, gürcü deputatları həqiqətən böyük məbləğdə pul ilə saxlanılıblar”.

Xatırladaq ki, dünən Bakı beynəlxaql aeroportunda gürcü deputatlarının saxlanılması barədə informasiya yayılıb. Səbəb olaraq isə onların 15 ədəd elektroşok cihazı və böyük miqdarda pul daşıdığı göstərilir.

İ.Nadiraşvili və Z.Çaparidzenin özləri isə bildirirlər ki, onların saxlanılmasını təəccüblə qarşılayıblar. Z.Çaparidze qeyd edib, Bakı aeroportunda kiçik ləngimə həqiqətən də olub. Ancaq o, bunu onunla izah edir ki, Gürcüstanın Azərbaycandakı səfirliyi Azərbaycan tərəfinə iki gürcü deputatında guya elektroşoklar və böyük məbləğdə pulun olması barədə məlumat verib. Çaparidze qeyd edib ki, onlar üzərində iki dəfə axtarış aparılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm