Uşaq 3-cü mərtəbədən düşüb öldü
Bizi izləyin

Qırmızı.az

Uşaq 3-cü mərtəbədən düşüb öldü

Sumqayıtda bədbəxt hadisə ölümlə nəticələnib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, azyaşlı yaşadığı evin eyvanından düşüb.


Əli Qasımov yaşadığı yataqxananın 3-cü mərtəbəsindən yıxılıb. Xəstəxanaya yerləşdirilmiş Ə.Qasımov orada ölüb.


Qeyd edək ki, ötən gün Bakıda daha iki uşaq hündürlükdən yıxılıb. Mehmandarov küçəsində 3 yaşlı Rəvan Vüqar oğlu Qəniyev 8-ci mərtəbədən yıxılıb.


Digər hadisə isə Nizami rayonu, Çobanzadə küçəsi ev 47, mənzil 68-də qeydə alınıb. Həmin ünvanda yaşayan, 4 yaşlı Aylin Vahid qızı Hüseynova dördüncü mərtəbədən yıxılıb. Uşaqlar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm