Naxçıvanda hərbi maşın aşdı, ölən və yaralı var
Bizi izləyin

Qırmızı.az

Naxçıvanda hərbi maşın aşdı, ölən və yaralı var

Azərbaycanda hərbçilər yol qəzasına düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində “N” saylı hərbi hissəyə məxsus sanitar avtomobili “Hyundai” markalı minik maşını ilə toqquşub və hərbi maşın aşıb.

Nəticədə hərbi maşında olan, hərbi hissənin tibb xidməti rəisi, gizir Vüqar Faiq oğlu Orucov aldığı xəsarətdən hospitalda dünyasını dəyişib. Avtomobilin sürücüsü, müddətdən artıq xidmət edən əsgər Rəşad Rüfətov isə yüngül xəsarətlə hospitala yerləşdirilib.

Qəza nəticəsində minik avtomobilində olan şəxslərdən bir nəfərinin yüngül xəsarət aldığı bildirilir.

İlkin ehtimala görə, qəza “Hyundai” markalı avtomobilin ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəbdən baş verib.

Fakta bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm