Minik maşını alovlandı
Bizi izləyin

Qırmızı.az

Minik maşını alovlandı

Gecə Bakının Yasamal rayonunda avtopomobilin yanması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Publika.az ANS PRESS-ə istinadən xəbər verir ki,, Tiblisi prospektində baş vermiş qəzada avtomobilin sürücüsü xəsarət alıb.

Məlumata görə, həmin prospektlə hərəkət edən “KIA” markalı avtomobilin sürücüsü idarəetməni itirərək əvvəlcə nəqliyyat vasitəsini işıq dirəyinə çırpıb. Daha sonra isə avtomobil yolun əks hərəkət hissəsinə düşüb.

Qəzadan sonra isə avtomobil yanmağa başlayıb.

Hadisə barədə məlumat verilən kimi əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Alov qısa zamanda söndürülüb və baş verə biləcək partlayışın qarşısı alınıb.

Xoşbəxtlikdən avtomobildə olan sərnişinlər maşından xəsarət almadan çıxa biliblər. Nəqliyyat vasitəsinin sürücüsü isə qəzadan sqnra xəsarət aldığından o 1 saylı şəhər klinik xəstəxanasına aparılıb.

Araşdırma zamanı avtomaşının qəzanı törədən sürücüyət məxsus olmadığı ortaya çıxıb.

Faktla bağlı Yasamal rayon polis idarəsində ekspertizalar təyin olunub və araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm