SABAH qruplarına imtahanların vaxtı bəlli olub
Bizi izləyin

Qırmızı.az

SABAH qruplarına imtahanların vaxtı bəlli olub

SABAH qrupları üzrə test imtahanı iyulun 6-da Azərbaycan Dövlət İqtisad Universitetinin 1-ci tədris binasında keçiriləcək.

Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, imtahanda iştirak üçün buraxılış vərəqəsini iyunun 25-dən iyul 2-dək ixtisasa uyğun Baza Ali Təhsil Müəssisələrində (http://sabah.edu.az/az/sabah-qruplari-ixtisaslar-uzre-baza-ali-tehsil-muessiseleri-haqqinda-buradan-melumat-ala-bilersiniz) müvafiq otaqlardan (http://sabah.edu.az/az/muvafiq-otaqlar) əldə edə bilərlər.

Gəncə ali təhsil müəssisələrindən müraciət edən tələbələr bildirişləri Gəncə Dövlət Universitetindən əldə edə bilərlər.

Naxçıvan ali təhsil müəssisələrindən müraciət edən tələbələr bildirişləri Naxçıvan Dövlət Universitetindən əldə edə bilərlər.

Lənkəran ali təhsil müəssisəsindən müraciət edən tələbələr bildirişləri Lənkəran Dövlət Universitetindən əldə edə bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm