İlham Əliyev Kolumbiya Prezidentini və İspaniya kralını təbrik edib
Bizi izləyin

Qırmızı.az

İlham Əliyev Kolumbiya Prezidentini və İspaniya kralını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Kolumbiya Prezidenti Xuan Manuel Santosa təbrik məktubu ünvanlayıb.

Təbrikdə qeyd olunur: "Kolumbiya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Kolumbiya münasibətlərinin inkişafı istiqamətində atılan ardıcıl addımlar böyük məmnunluq doğurur. Ümidvaram ki, əməkdaşlığımızın bütün sahələrdə genişləndirilməsi üçün birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Kolumbiya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".

Azərbaycan Prezidenti İlham Əliyev İspaniya Kralı VI Felipeyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "İspaniyanın Kralı kimi taxta çıxmağınız münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Bu gün Azərbaycan ilə İspaniya arasındakı münasibətlərin xoş ənənələri mövcuddur. Ümidvaram ki, ölkələrimizi birləşdirən dostluq əlaqələri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da genişlənəcək və möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İspaniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm