Ordu rəhbərliyi Fəxri Xiyabana gəlib
Bizi izləyin

Qırmızı.az

Ordu rəhbərliyi Fəxri Xiyabana gəlib

Silahlı Qüvvələrin yaranması günü münasibətilə Müdafiə Nazirliyinin şəxsi heyəti Fəxri Xiyabana gələrək Heydər Əliyevin məzarını ziyarət ediblər.

Publika.az ANS PRESS-ə istinadən bildirir ki, daha sonra Şəhidlər Xiyabanına gələn şəxsi heyət Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərin xatirəsini ehtiramla yad edərək “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri qoyublar.

Eyni zamanda ordu günü münasibəti ilə müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələrin Baş Klinik Hospitalına baş çəkərək orada müalicə alan əsgər və zabitlərin səhhətlərilə maraqlanıb. Onları Silahlı Qüvvələr günü münasibətilə təbrik edərək hədiyyələr təqdim edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm