TANAP layihəsi ilə bağlı müzakirələr Ankarada aparılacaq
Bizi izləyin

Qırmızı.az

TANAP layihəsi ilə bağlı müzakirələr Ankarada aparılacaq

Azərbaycan qazının “Cənub dəhlizi” ilə Türkiyə üzərindən Avropaya nəqli layihələrinin həyata keçirilməsi üçün prezident İlham Əliyev tərəfindən yaradılmış dövlət komissiyasının üzvləri TANAP layihəsi ilə bağlı müzakirələr aparmaq üçün tam tərkibdə Ankaraya səfər edib.

Virtualaz.org saytı xəbər verir ki, səfərdə məqsəd TANAP layihəsinin həyata keçirilməsinin müddəti ilə bağlı Türkiyə tərəfindən məlumat almaqdır.

Komissiyanın üzvləri, baş nazirin birinci müavini Yaqub Eyyubov, sənaye və iqtisadiyyat naziri Şahin Mustafayev, “Cənub qaz dəhlizi” şirkətinin icraçı direktoru Əfqan İsayev, ARDNŞ prezidenti Rövnəq Abdullayev, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, ARDNŞ-in digər yüksək vəzifəli şəxsləri TANAP konsorsiumunun icraçı direktoru Saltık Düzyolla investisiyalarla bağlı qrafik və yaxın zamanda görüləcək işlər barədə məlumat mübadiləsi ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm