İntiharın psixoloji sirləri
Bizi izləyin

Qırmızı.az

İntiharın psixoloji sirləri

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi intiharlarla bağlı araşdırma aparıb.

Bu barədə virtualaz.org saytına komitədən məlumat veriblər.

Rəsmi statistikaya görə, dünyada hər il 1,1 milyon insan ozünə qəsd edir. 19 milyon insanın isə özünəqəsdi uğursuz alınır. Məhkəmə ekspertlərinin fikrincə, “bədbəxt hadisələrdən ölənlər” də (dərmandan dozadan artıq istifadə, yollarda qəza, hündürlükdən düşmə və s.) suisid hesab olunur.

İntiharların 800 səbəbi var...

Ümumdünya Səhiyyə Təşkilatı bütün ölkələr üzrə suisid göstəricilərini 3 qrupa ayırır:

- özünəqəsdin yüksək və ən yüksək səviyyəsi - əhalinin 100 min nəfərinə 20 və 20-dən çox intihar;

- özünəqəsdin orta səviyyəsi - əhalinin hər 100 min nəfərinə 10-20-yə qədər intihar;

- özünəqəsdin aşağı səviyyəsi - əhalinin hər 100 min nəfərinə 10-na qədər intihar.

Son statistikaya görə, ən az özünəqəsd halları Misir, Haiti və Yamaykadadır, demək olar ki, 0-a yaxındır.

Postsovet ölkələrində əhalinin hər 100 min nəfərinə olan intihar halları:

Ölkələr üzrə ümumi-kişilər-qadınlar:

Azərbaycan 0,6-1,0-0,3

Ermənistan 1,9-2,8-1,1

Belarus 2-5-3

Gürcüstan 4,3-7,1-1,7

Qazaxıstan 25,6-43,0-9,4

Qırğızıstan 8,8 -14,1 -3,6

Latviya 22,9 -44,0- 8,2

Litva 34,1- 61,3- 10,4

Moldova 17,4 -30,1 -5,6

Rusiya 21,4

Tacikstan 2,6 2,9 2,3

Türkmənistan 8,6- 13,8- 3,5

Özbəkistan 4,7- 7,0- 2,3

Ukrayna 21,2- 37,8- 7,0

Estoniya 18,1- 20,6- 7,3

Tədqiqatçılar qeyd edirlər ki, intihar (suisid) hallarının 60 faizi yaz-yay aylarında baş verir. Belə hesab edilir ki, intiharın əsasını, yəni 70 faizini depressiya təşkil edir. Ümumiyyətlə isə depressiya keçirən insanların 15 faizi intihar edir.

ÜST-in məlumatları göstərir ki, intiharların daha çox iqtisadi və sosial baxımdan yoxsul ölkələrdə baş verməsinə baxmayaraq istisnalar da mövcuddur. Məsələn, Latın Amerikasının və Yaxın Şərqin bir çox yoxsul ölkələrində intiharların səviyyəsi Qərbi Avropanın zəngin dövlətlərinə nisbətən yetərincə aşağıdır. İqtisadi baxımdan inkişaf səviyyəsi ilə öyünə biləcək Baltikyanı ölkələrdə, Finlandiya və Macarıstanda intihar səviyyəsi ümumi Avropa göstəricisindən xeyli çoxdur. Ada dövlətlərində, məsələn, Kubada, Yaponiyada, Şri-Lankada, Mavrikidə intiharların səviyyəsi inanılmaz dərəcədə yüksəkdir.

Din və intihar arasında asılılıq da var. Əksər İslam ölkələrində intihar sayı, demək olar ki, sıfıra bərabərdir - təxminən 100 min adama 0,1 intihar sayı düşür. Əhalisinin daha çox xristianlığa və ya induizmə tapınan ölkələrdə intihar səviyyəsi yetərincə yüksəkdir. Xristian dövlətlərindən hər 100 min əhaliyə 11,2 intihar, Hindistanda isə uyğun olaraq 9,6 intihar halı düşür. Buddist ölkələrdə bu göstərici daha yüksəkdir - 100 min adama 17,6 intihar halı qeydə alınır. Maraqlıdır ki, Çin kimi ateist dövlətlərdə bu göstərici 25,6-ya bərabərdir. Xristian və buddistlər arasında özünü öldürən kişilərin sayı özünü öldürən qadınlardan 3,5 dəfə çoxdur, müsəlman və induistlərdə isə bu fərq 3 dəfə aşağıdır. Ancaq dini inanclar heç də mütləq meyar deyil.

Katolik İrlandiyada intihar halı katolik İtaliyaya baxanda üç dəfə çoxdur. Protestantların çox olduğu Böyük Britaniyada isə keçmiş müstəmləkəsi Avstraliyaya baxanda iki dəfə yüksəkdir. Bütün bu ölkələr həyat səviyyəsinə və başqa göstəricilərinə görə bərabərdirlər.

Ümumdünya Səhiyyə Təşkilatı intiharın (suisidin) 800 səbəbini göstərib. Bunlardan 41 faizi məlum deyil, 19 faizi cəzalanmanın qorxusundan, 18 faizi ruhi xəstəliyə, 18 faizi evdəki məhrumiyyətlərə, 6 faizi ehtirasa, 3 faizi pul itkisinə, 1,4 faizi həyatdan doyduğuna, 1,2 faizi fiziki xəstəliyə görə intiharları qeyd etmək olar.

Doğrudur, bunlar da səbəblərin hamısı deyil. Nəzərə alaq ki, insanların yaşına görə də onların özünü öldürmə səbəbləri müxtəlifdir. Məsələn, öz məhəbbətinə cavab almayanda və ya xəyanətlə üzləşəndə 16 və 16 yaşa qədər olan insanlar arasında bu səbəbdən intihar halları daha çoxluq təşkil edir. Lakin 25 yaşdan sonra bu səbəbdən intihar edən edən çox az insan var.

İntihar edənlər arasında müxtəlif təbəqələrin nümayəndələrinin statistikası da xeyli diqqət çəkir. Belə ki, özünü öldürənlərin arasında məktəbli və yeniyetmə, ailədə məişət zorakılığının qurbanları (bunların arasında qadın, uşaq, hətta kişilər də var), əlil, təqaüdçü, ruhi xəstə, hərbçi, məhbus var.

Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanda da intihar hallarına rast gəlinir. Son zamanlar isə intihar hallarının gəncləşməsi, yəni uşaqlar və gənclər arasında suisid hallarının daha çox baş verməsi narahatedici məsələlərdəndir. Belə ki, 2008-ci ildə 58, 2009-cu ildə 54, 2010-cu ildə 51, 2011-ci ildə 28, 2012-ci ildə 60, 2013-cü ildə isə 71 uşaq intihar edib.

Buna görə də 10-11 yaşlı uşaqların intiharı bir çox hallarda birmənalı şəkildə ölümə cəhd kimi qiymətləndirilmir. 13 yaşına qədər olan uşaqlar özünəqəsdə əsasən yaxınlarını narahat etmək üçün əl atırlar. Onun üçün kimin narahat olub-olmayacağını bilmək olduqca maraqlıdır. Anası tərəfindən hansısa cəza alan uşaq anasını cəzalandırmaq üçün sonunun nə olacağını tam dərk etməyərək intihara əl ata bilər.

Buna görə də mütəxəssislər uşaqlara qarşı davranışlarda xüsusilə ehtiyatlı olmağa çağırır.

Bu yaşa qədər olan uşaqlar arasında intiharın digər səbəbləri sırasında ailələrin dağılması, fiziki və seksual zorakılıq, komplekslər mühüm yer tutur. 14 yaşda intihara cəhdin səbələri də dəyişir. Bu yaş qrupunda artıq ilk cavabsız sevgi belə ölümə yol aça bilər. Qarşı tərəfə öz hislərini bildirməyin bir yolunun da məhz özünəqəsddən keçdiyini düşünən uşaqlar az deyil.

16-20 yaş qrupunda olanlar arasında intihar o zaman seçilir ki, həyat mənasını itirmiş olsun. Qarşılaşdıqları çətinliklərə dözə bilməyən və həyatı belə davam etməkdən qorxanlar üçün ölüm ən asan yol kimi görünür. Sualına mütəxəssislərin cavabları demək olar ki, eynidir.

Qeyd edək ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünün öldürmə həddinə çatdırma) maddəsi ilə məsuliyyətə cəlb olunma nəzərdə tutulub. Lakin reallıqda bu məsələyə bir qədər fərqli nəticə alınır. Belə ki, intihar hadisəsi qeydə alınan kimi 125-ci maddə ilə cinayət işi başlanır. Bu maddə ciddi sübuta yetirilməli olan bir haldır. Çox vaxt insanları özünü öldürmə cinayətinə sövq edən faktorlar onun əhatəsində - ailəsində, qohumlarında və iş yerində olur.

Ona görə də özünü öldürən insanın əhatəsi bu cinayətin üstünün açılmasına maraq göstərmir. Beləliklə də 125-ci maddə ilə açılan cinayət işi sonradan iş prosesində digər maddələrlə əvəz olunur.

İntihar hallarının azalması üçün əsasən maarifləndirmə işləri aparılmalıdır. Burada müxtəlif vasitələrdən istifadə oluna bilər: “KİV-də zorakılıq və ölüm səhnələrini əks etdirən seriallara, verlişlərə qadağa qoyulmalıdır. Orta məktəblərdə “məktəb psixoloqu” sosial təsisatın fəaliyyəti gecləndirilməlidir. Bir çox ailələrdə ünsiyyət probleminin olması da keçid yaş dövrünü yaşayan uşaqlarda psixoloji çətinliklər yaradır. Bunun qarşısının alınması üçün “məktəb psixoloqu”nun valideynlərlə mütəmadi olaraq işləməsi zərurəti yaranır. Valideynlər üçün xüsusi maarifləndirici seminarların keçirilməsi, sosial çarxların hazırlanaraq, telekanallarda yayımlanmaması məqsədədmüvafiq olardı. Digər bir məsələ isə insanların, xüsusilə, uşaq və gənclərin internetdə müxtəlif saytlarda “həyat”, “ölüm” və s. bağlı yazılar, video çarxlar olmasıdır. Belə yazı və videolar onların yaşamaq arzusunu alt-üst edir. Bir çox hallarda isə intiharın ən “düzgün” seçim olduğu göstərilir. Bu mənada uşaqların və gənclərin asudə vaxtının təşkil edilməsi önəmldir. Onların maraqlarına səbəb olan, özlərini ifadə və təsdiq edə biləcək məşğuliyyətlərə cəlb olunması mücbət nəticələr verə bilər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm