Dənizdə batan 3 nəfər xilas edilib
Bizi izləyin

Qırmızı.az

Dənizdə batan 3 nəfər xilas edilib

Xəzər rayonunda, “Zuğulba-3” sularda xilasetmə məntəqəsindən təxminən 250 metr məsafədə, nəzarət olunmayan ərazidə bir nəfər batmaq təhlükəsi ilə üzləşib.

FHN-nin xilasediciləri batan şəxsi xilas edib.

Sumqayıt şəhərində dənizdə, “Corat” sularda xilasetmə məntəqəsinin ərazisində bir nəfər batmaq təhlükəsi ilə üzləşib. O da xilasedicilər tərəfindən xilas edilib.

Xaçmaz rayonunda da dənizdə, “Seyidli” sularda xilasetmə postunun ərazisində bir nəfər batmaq təhlükəsi ilə üzləşib.

O, Fövqəladə Hallar Nazirliyinin “Seyidli” sularda xilasetmə postunun xilasediciləri tərəfindən xilas olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm