MDB-də mobil tariflərin ən yüksək olduğu ölkə
Bizi izləyin

Qırmızı.az

MDB-də mobil tariflərin ən yüksək olduğu ölkə

Azərbaycanda mobil operatorların danışıq tarifləri MDB ölkələri ilə müqayisədə dəfələrlə bahadır.

Axar.az xəbər verir ki, Azərbaycanla müqayisədə mobil telefonlarda danışıq tarifləri Qırğızıstandan 7, Moldovadan isə 6 dəfə yuxarı qiymətədir.

İnternet və rouminq xidmətlərindən istifadə paketləri isə bu ölkələrlə müqayisədə 10 dəfə bahadır.

Azərbaycanda mobil telefonla danışığın qiyməti hər dəqiqəsinə görə təxminən 0,12 dollar olduğu halda Özbəkistanda bu göstərici 0,02 ABŞ dollarına bərabərdir. Moldovada bir dəqiqənin qiyməti 0,11, Belarusda 0,08, Ukraynada 0,07, Tacikistan və Qırğızıstanda isə 0,05 dollardır.

Bu onu deməyə əsas verir ki, Azərbaycanda mobil rabitə və internet xərcləri ailə büdcəsində əsas xərc maddələrdindən biri olaraq qalır.

Xatırladaq ki, Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov dəfələrlə mobil rabitə tariflərinin ucuzlaşacağını elan etsə də, hələ ki, deyilənlər reallaşmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm