Temperatur yüksələcək
Bizi izləyin

Qırmızı.az

Temperatur yüksələcək

İyulun 1-dən bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Sabah gündüzdən başlayaraq şimal küləyi müləyimləşəcək. Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

A.Verdiyevin sözlərinə görə, küləkli hava şəraiti sabah gündüz saatlarından mülayimləşəcək, havanın temperaturu tədricən yüksələcək.

“Bu günlərlə müqayisədə temperatur yaxın günlərdə 3-4 dərəcə yüksələcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 19-22, gündüz 27-32 dərəcə isti olacaq.

Sabah bəzi bölgələrdə şimşək çaxacaq, gündüz yağış tədricən kəsiləcək. Şərq küləyi əsəcək, Aran rayonlarında gecə havanın temperaturu 19-24, gündüz 30-35 dərəcə isti, dağlarda isə gecə 10-15, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir”.

A.Verdiyev onu da bildirib ki,ötən gün Böyük Qafqaz ərazisində güclü seysan xarakterli yağışar, Kiçik Qafqaz və Aran rayonlarında da yağış müşahidə edilib. Ən çox yağış Böyük Qafqaz, xüsusən, Balakən, Şəki rayonlarında qeydə alınıb. Bu gün gün ərzində bölgələrdə yağışlı hava şəraiti davam edəcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm