Nərgiz Paşayeva AMEA-nın müxbir üzvü seçildi
Bizi izləyin

Qırmızı.az

Nərgiz Paşayeva AMEA-nın müxbir üzvü seçildi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvlüyünə seçkilərin nəticələri məlum olub.

Publika.az-ın məlumatına görə, səsvermə nəticəsində akademiyaya 26 həqiqi və 50 müxbir üzv seçilib.

AMEA-nın müxbir üzvlüyünə seçilənlər arasında filologiya elmləri doktoru, professor, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayevanın da adı var.

O, “Ədəbiyyatşünaslıq” ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilib.

Qeyd edək ki, Nərgiz Paşayeva 13 dekabr 1962-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1983-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1986-cı ildə "M.Sabirin novatorluğu" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək 1987-ci ildə filologiya elmləri namizədi, 2004-cü ildə "Müasir Azərbaycan ədəbiyyatında insanın bədii-estetik dərki" (xalq yazıçısı Elçinin yaradıcılığı əsasında) mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi alıb. 1987-ci ilin mart ayından BDU-nun filologiya fakültəsinin "Azərbaycan ədəbiyyatı tarixi" kafedrasında (2004-cü ildən adı "Klassik Azərbaycan ədəbiyyatı" kafedrasına dəyişdirilib) assistent, müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. 2005-ci ildən "Klassik Azərbaycan ədəbiyyatı" kafedrasının professoru və müdiridir. 1994-cü ilin oktyabr ayından Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının "Dil və ədəbiyyat" kafedrasının professoru və müdiridir. 2006-cı ildən BDU-da fəaliyyət göstərən filologiya elmləri doktoru və namizədlik dissertasiyalarının müdafiəsini keçirən Dissertasiya Şurasının (D.02.181) sədridir. 2006-2008-ci illərdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışıb. 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2008-ci ilin iyun ayından M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rəhbəridir. 3 monoqrafiyanın, 4 kitabın dərsliklərin, elmi və dövri mətbuatda çapdan çıxan onlarla məqalənin müəllifidir. Özəl "ÜNS" yaradıcılıq səhnəsinin yaradıcısı və bədii rəhbəri, "Azərbaycan mədəniyyətinin dostları" xeyriyyə fondunun İdarə heyətinin üzvü, "Azərbaycan-İrs" jurnalının ədəbi şöbəsinin redaktoru, İngiltərə-Azərbaycan cəmiyyətinin həmsədridir. Ölkənin birinci xanımı Mehriban Əliyevanın bacısı, rəssam Altay Sadıxzadənin həyat yoldaşıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm