TQDK dərsliklərdən narazıdır
Bizi izləyin

Qırmızı.az

TQDK dərsliklərdən narazıdır

Təhsil Nazirliyinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) rəsmi müraciətinə əsasən yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış 2 və 3-cü siniflər üzrə dərslik komplektlərinin monitorinqi aparılıb. Bu barədə Publika.az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, 2-ci sinif üzrə 19 adda dərslik və 21 adda müəllim üçün metodik vəsait, 3-cü sinif üzrə 19 adda dərslik və 21 adda müəllim üçün metodik vəsaitin təkrar çapı ilə əlaqədar olaraq, onların nəşrəqədərki maketlərinin elmi-metodiki monitorinqi aparılıb.

Ötən tədris ilində bu siniflər üzrə dərslik komplektlərinin TQDK tərəfindən elmi-metodiki monitorinqi aparılıb, hər bir dərslik komplektinin məzmununa, dil və yazı üslubuna, bədii tərtibat və dizaynına, verilən tapşırıqların elmi-metodiki uyğunluğuna və müəllim üçün metodik vəsaitin məzmununa görə yekun rəylər hazırlanıb. Dərslik komplektlərinin maketlərinin builki monitorinqi göstərib ki, bütün fənlər üzrə ötən il yekun rəylərdə qeyd edilmiş irad və təkliflərin əksəriyyəti nəzərə alınıb. Lakin müəyyən uyğunsuzluqlar hələ də qalmaqdadır. Bununla bağlı formalaşdırılmış yekun rəylər 19-25 may 2014-cü il tarixlərdə Təhsil Nazirliyinə göndərilmiş və “Dərslik portalı”nda yerləşdirilib.

Təhsil Nazirliyinin rəsmi müraciətinə əsasən yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış və istifadəsi 7-ci siniflər üçün nəzərdə tutulmuş dərslik komplektlərinin maketlərinin qiymətləndirilməsi aparılıb. Dərslik komplektlərinin maketlərinin qiymətləndirilməsi “Dərsliklərin qiymətləndirilməsi meyarları”na əsasən həyata keçirilib. Bu proses artıq başa çatmış və müvafiq materiallar 30 may-27 iyun 2014-cü il tarixlərdə Təhsil Nazirliyinə göndərilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm