4 maşın toqquşdu: 1 ölü, 4 yaralı
Bizi izləyin

Qırmızı.az

4 maşın toqquşdu: 1 ölü, 4 yaralı

Ötən gün saat 19:00 radələrində Kürdəmir rayonu Sığırlı kəndində yük maşınlarının iştirakı ilə zəncirvari yol qəzası baş verib.


Publika.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Müstəcəb İsgəndərovun idarə etdiyi “MAN”, Niyaməddin Kərimovun idarə etdiyi “KamAZ”, Mehrab Məmmədtağıyevin idarə etdiyi “VAZ-21074” və “TİR” markalı avtomobillər toqquşublar.


“TİR” markalı avtomobil hadisə yerindən qaçıb.


“Jiquli”də olan M.Məmmədtağıyevin azyaşlı oğlu Yusif hadisə yerində ölüb. Digər sərnişinləri - arvadı Ofeliya, qızları Günel və Mehriban, habelə N.Kərimov xəstəxanaya yerləşdiriliblər.


Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm